...

Qarabağ Azadlıq Təşkilatı Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını tələb edib

Siyasət Materials 19 Dekabr 2005 14:51 (UTC +04:00)

"Minsk Qrupunun həmsədrləri Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində addımlar atmaq istəmir". Trend xəbər verir ki, bu barədə Qarabağ Azadlıq Təşkilatı dekabrın 19-da bəyanat verib.

QAT bildirib ki, həmsədrlər belə bir mövqeyi Azərbaycanı təslimçi sülhə doğru sürükləyir: "Onlar Azərbaycan xalqının mövqeyi ilə hesablaşmaq fikrində deyillər. Bu səfərdə ATƏT-in yüksək səviyyəli planlaşdırma missiyasının da iştirakı ciddi təhlükələrdən xəbər verir".

QAT bəyan edib ki, beynəlxalq təşkilatların Minsk Qruppu vasitəsilə həyata keçirmək istədiyi məkrli planların qarşısını alacaq, təslimçi sülhün qəbul etdirilməsinə yol verməyəcəkdir: "Biz Minsk Qrupunun fəaliyyətinin dərhal dayandırılmasını tələb edirik".

Xəbər lenti

Xəbər lenti