...

DAK Brüsseldə Xocalı soyqırımı ilə bağlı aksiya keçirəcək

Siyasət Materials 20 Dekabr 2005 16:22 (UTC +04:00)

"Fevralın 26-da Xocalı soyqırımı ilə bağlı Dünya Azərbaycanlıları Konqresi (DAK) NATO-nun Brüsseldəki qərargahının qarşısında etiraz aksiyası keçirəcək". Trend xəbər verir ki, bu barədə DAK-ın dekabrın 20-də keçirilən mətbuat konfransına İsveçin Malmö şəhərindən selektor vasitəsilə qoşulan qurumun sədri Cavad Derəxti bildirib.

C.Derəxti qeyd edib ki, artıq bu barədə razılaşma əldə olunub: "DAK terrora, soyqırıma qarşı" şüarı ilə fevralın 23-də əvvəlcə İstanbulda, ayın 26-da isə Brüsseldə aksiya keçirəcək. Məqsədimiz ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdır".

DAK-ın digər tədbirləri barədə açıqlama verən C.Derəxti qeyd edib ki, martın 24-də İsveçdə II Füzuli festivalı, mayın 28-də isə Türkiyədə geniş konfrans planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti