Prezident İlham Əliyev dekabrın 23-də ölkənin enerji təminatı ilə bağlı müşavirə keçirib. Trend -in "ATV" telekanalına istinadən bildirdiyi kimi, müşavirədə ölkə başçısı 2005-cı ildə respublikanın enerji sistemində müsbət irəliləyişlərin olduğunu diqqətə çatdırıb.
Əhalinin elektrik enerji və qaz təminatında ciddi problem olmadığını bildirən dövlət başçısı bu sahədə mövcud olan çatışmazlıqlara da toxunub. 2006-cı ildə görüləcək əlavə tədbirlər barədə danışan prezident qeyd edib ki, gələn il respublikada 50-dən çox mobil tipli elektrik stansiyası tikiləcək.