...

Azərbaycan idmançıları bu il rekord sayda mükafat qazanıb

Siyasət Materials 27 Dekabr 2005 15:06 (UTC +04:00)

Bu il Azərbaycan idmançıları ən iri beynəlxalq yarışlarda 213 medal qazanıb.

Trend in xəbər verdiyi kimi, Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, bu, rekord göstəricidir. "2004-cü ildə 191 medal qazanılsa da, cari ildə bu göstəricini yaxşılaşdırmaq mümkün olub və irəliləyiş göz qabağındadır", - deyə nazir əlavə edib. Onun sözlərinə görə, atletlərin Dünya və Avropa çempionatları və birincilikləri, həmçinin, "A" kateqoriyalı superturnirlərdəki nailiyyətləri nəzərə alınıb.

Qeyd edək ki, 213 medalın 122-si olimpiya idman növləri üzrə qazanılıb ki, bu da kifaəyət qədər müsbət göstəricidir.

Xəbər lenti

Xəbər lenti