...

B.Muradova: Bayram günlərinin dəyişdirilməsi sürpriz olacaq"

Siyasət Materials 29 Dekabr 2005 13:45 (UTC +04:00)

"31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı günlərinin dəyişdirilməsi ilə bağlı məsələyə baxılması cəmiyyət üçün sürpriz olacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Qeyd edək ki, parlamentin dekabrın 23-də keçirilən toplantısında millət vəkili Elmira Axundova məlum bayram günlərinin 2005-ci il təqvimində şənbə və bazar günlərinə təsadüf etdiyindən, onların başqa günə keçirilməsi təklifilə çıxış edib. Təklif nəzərə alınaraq baxılmaq üçün Nazirldər Kabinetinə göndərilib.

Bayram günlərinin başqa vaxta keçirilməsi məsələsi parlamentin dekabrın 30-da keçirilən iclasının gündəliyinə salınmasa da, onun müzakirəsinin gözlənildiyi bildirilib.

Xəbər lenti

Xəbər lenti