...

Türkiyənin mədəniyyət və turizm naziri Bəxtiyar Vahabzadəyə məktub göndərib

Siyasət Materials 13 Yanvar 2006 14:32 (UTC +04:00)

Türkiyənin mədəniyyət və turizm naziri Atilla Koç məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadəyə tezliklə sağalması ilə bağlı məktub göndərib. Trend in Türkiyənin KİV-ə istinadən verdiyi məlumata görə, türk nazir iflicdən əziyyət çəkən B.Vahabzadənin müalicəsi üçün lazım olan xərcləri ödəməyə hazır olduğunu bildirib.

"Sizin kitablarınız türk dilinə tərcümə olunub və Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə iştirakı ilə böyük tirajla dərc edilib. Mən özüm Sizin yaradıcılığınızın pərəstişkarlarındanam və Sizin müalicəniz üçün əlimdən gələni etməyə hazıram", -deyə A. Koçun məktubunda bildirilir.

Öz növbəsində, nazirin müşaviri, professor Mustafa İsen B. Vahabzadəyə zəng vuraraq onun Qurban bayramı münasibətilə təbrik edib və onun Türkiyəyə müalicə olunmaq üçün dəvət edib. "Bəxtiyar Vahabzadə türkdilli dünyanın müasir mədəniyyətinin ən məşhur xadimlərindən biridir. Onun xəstəliyi - bizim xəstəliyimizdir", -deyə M.İsen qeyd edib. O bildirib ki, şair Türkiyədə müalicə barədə təklifdən imtina edərək vətəndə hələlik onun müalicəsinin normal keçdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti