...

ADP təkrar parlament seçkisində iştirak etməmək barədə qərar çıxarıb

Siyasət Materials 18 Yanvar 2006 18:31 (UTC +04:00)

Yanvarın 18-də Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.İclasda Azərbaycandakı ictimai-siyasi vəziyyət, təkrar seçkilərdə iştirak məsələsi, Ali Məclisin növbəti sessiyasının çağırılması və bir sıra partiyadaxili məsələlər müzakirə olunub.

Müzakirələrin nəticəsində "Azadlıq bloku" adından deputat seçilmiş şəxslərin Milli Məclisdə iştirakı məqsədəuyğun hesab edilməyib, həmçinin təkrar seçkilərdə ADP-nin iştirak etməməsi haqqında qərar qəbul edilib. Eyni zamanda "Azadlıq bloku"na daxil olan patiyaların hakimiyyətin təklif etdiyi variantda seçki komissiyaların işində iştirakının məqbul olmadığı vurğulanıb.

İclasda ADP daxilində yaranmış bəzi narazılıqlar da müzakirə mövzusu olub.

İclasda həmçinin "20 yanvar" ümumxalq hüzn gününü və hava şəraitini nəzərə alaraq Ali Məclisin ilkin olaraq 21 yanvar 2006-cı il tarixinə təyin olunmuş sessiyasının 12 fevrala keçirilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti