...

Transmilli Radikal Partiyanın əlaqələndiricisi Ümid Partiyasının sədri ilə görüşmək istəyir

Siyasət Materials 27 Yanvar 2006 17:36 (UTC +04:00)

Transmilli Radikal Partiyanın (TRP) beynəlxalq əlaqələndiricisi Matteo Mecassi Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə görüşmək istədiyini ona ünvanladığı məktubda bildirib. Trend xəbər verir ki, məktub Ümid Partiyasının TRP-yə üzv qəbul olunması ilə bağlı İ.Ağazadəyə ünvanlanıb.

Məktubda vurğulanıb ki, TRP-nin əsasını qoyanlardan və parlament üzvlərindən Marko Panella və Emma Bonino Azərbaycanda müxalifətin nümayəndələrinin onların Brüsseldəki fəaliyyətini dəstəkləmək qərarını verdiyindən məmnundurlar.

Qeyd edək ki, TRP vətəndaşların, parlament və hökumət üzvlərinin Milli, siyasi baxışlarından asılı olmayaraq birləşdiyi təşkilatdır. Bu təşkilat Mahatma Qandinin qeyri-zorakı prinsiplərinə istinad edən, beynəlxalq hüquqa hörmətlə yanaşan, demokratiya və azadlığı dünyaya yayan bir qurumdur. TRP 1995-ci ildə BMT ECOSOC-un (İqtisadi Sosial Şura məşvərət statuslu üzvü olan QHT-dir. Quruma 12 ölkədən hələlik 112 parlament üzvü qəbul edilib.

Xəbər lenti

Xəbər lenti