...

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edir

Siyasət Materials 30 Yanvar 2006 16:36 (UTC +04:00)

Yanvarın 30-dan başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri bir sıra tədbirlərdə iştirak edir. Trend xəbəb verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun oalraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Oberammerqau şəhərində keçirilən "Kütləvi qırğın silahlarından müdafiə üzrə tanışlıq", "NATO sülhü dəstəkləmə əməliyyatları" və "NATO mülki-hərbi əməkdaşlıq" kursları fevralın 3-də başa çatacaq.

Fevralın 6-dan 10-dək isə Ukrayna Respublikasının Feodosiya şəhərində "MEDQEUR 2006" təliminin ilkin və əsas planlaşdırma konfransları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti