...

Beynəlxalq Kommunist Təşkilatının növbəti plenumu başa çatıb

Siyasət Materials 30 Yanvar 2006 16:48 (UTC +04:00)

Moskvada Beynəlxalq Kommunist Təşkilatının (BKT) növbəti plenumu başa çatıb. Bu barədə Trend ə BKT-nin üzvü Azərbaycan Kommunist Partiyası (AKP) sədrinin müavini Rüstəm Şahsuvarov bildirib.

Plenumda BKT-yə üzv olan Müstəqil Dövlətlər Birliyində fəaliyyət göstərən kommunist partiyalarının rəhbərləri iştirak ediblər. Tədbirdə kommunist partiyalarının fəaliyyəti müzakirə olunub, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

R.Şahsuvarov onu da bildirib ki, Moskvada "Birinci rus inqilabı və onun müasir dövrdə rolu" mövzusunda elmi-praktik konfrans da keçirilib. Plenuma Rusiya Kommunist Partiyasının lideri Gennadi Zuqanov sədrlik edib. AKP-ni partiya sədrinin birinci müavini Rauf Qurbanov təmsil edib. Tədbir başa çatsa da R.Qurbanov hələ vətənə dönməyib.

Xəbər lenti

Xəbər lenti