...

Georgi Xaindrava: Azərbaycan məshəti türklərinin ikinci vətənidir

Siyasət Materials 30 Yanvar 2006 19:36 (UTC +04:00)
Georgi  Xaindrava: Azərbaycan məshəti türklərinin ikinci vətənidir

Azərbaycanda 70 minə yaxın məshəti türkü yaşayır və bu ölkə artıq onlar üçün ikinci vətənə çevrilib. Trend in məlumatına görə, bu barədə yanvarın 30-da Gürcüstanın münaqişələrin nizamldanması üzrə dövlət naziri G.Xaindrava Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan "öh tarixi torpaqlarından vəhşicəsinə qovulmuş" məshətilərin sərbəst yaşaması üçün bütün şəraitin yaradıldığı ölkədir. Gürcüstanın dövlət naziri bu nəticəyə onun Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə, eləcə də səfərinin əsas məqsədinin ibarət olduğu bu etnik qrupun nümayəndələri ilə görüşdən sonra gəlib. "Məshətilər Azərbaycnda bu ölkənin vətəndaşları ilə bərabər hüquqda yaşayırlar", - deyə o qeyd edib.

Dövlət nazirinin sözlərinə görə, Gürcüstan hökuməti məshətilərin Gürcüstandakı doğma vətənlərinə qaytarılması üçün dövlət proqramı hazırlayıb. Hökumət birinci mərhələdə dünyanın müxtəlif ölkələrində kompakt yaşayan məshətilərin vəziyyətini öyrənir. Belə ki, əldə olan statistikaya görə, hazırda Qazaxıstanda 160 min, Türkiyədə 35 min, Ukraynada 12 min, Özbəkistanda 70 min, Qırğızıstanda 40 min, Rusiyada 50 min məshəti yaşayır. Dövlət nazirinin sözlərinə gbrə, 60 il əvvəl Gürcüstandan 92 minə yaxın məshəti türkü sürgün olunmuşdu.

G.Xaindravanın sözlərinə görə, Gürcüstan rəhbərliyinin məqsədi bütün məshətilərin vətənə zorla deyil, könüllü olaraq qaytarılmasıdır.

Səfər gedişində dövlət naziri Azərbaycanın Milli Məclisinin spikeri Oqtay Əsdov və dövlət müşaviri Hidayət Orucovla da görüşüb. Sabah oməshəti türklərinin kompakt yaşadıqları Saatlı rayonuna səfəri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti