...

Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri təyin edildi

Siyasət Materials 30 Yanvar 2006 20:21 (UTC +04:00)

Polad Bülbüloğlu Azərbaycanın Rusiyada Fövqəladə və Səlahiyyətli səfiri təyin edilib. Trend in məlumatına görə, bu barədə sərəncam yanvarın 30-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Təyin olunması ilə əlaqədar P.Bülbüloğluna fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Azərbaycan prezidentinin digər sərəncamı ilə P.Bülbüloğlu Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti