...

Qırmızı dənizdə batan "Salam-98" bərəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 4 Fevral 2006 12:54 (UTC +04:00)
Qırmızı dənizdə batan "Salam-98" bərəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur

Misirin və Səudiyyə Ərəbistanın rəsmi orqanlarının məlumatlarına görəi, Qırmızı dənizdə batan "Salam-98" bərəsinin sərnişinləri arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə Trend ə Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Ağasəlim Şükürov ekskyuziv məlumat verib.

Diplomatın sözlərinə görə, bu regionda olan Azərbaycan vətəndaşlarının həyatı üçün narahat olmağa əsas yoxdur.

Səudiyyə Ərəbistanın Duba limanından Misirin Safaqa limanına doğru hərəkət edən Misirin dəniz bərəsinin göyərtəsində 1 300 nəfərdən artıq sərnişin olub. Onlar əsasən, Həcc ziyarətindən qayıdan misirli zəvvarlar, 100-ə yaxın heyət üzvü, eləcə də Suriya, Sudan, Misir, Kanada və BƏƏ-nin vətəndaşları olublar.

Misirin "Salam-98" bərəsi yanğın nəticəsində batıb. Batmış bərədən aralarında 12 suriya və səudiyyəlinin olduğu 322 nəfər xilas edilib. Xatırladaq ki, sahil xidməti bərə ilə əlaqəni fevralın 3-dən itirib.

Xəbər lenti

Xəbər lenti