...

Müasir Müsavat Partiyasının martda keçirəcəyi qurultayında struktur dəyişikliyi olacaq

Siyasət Materials 11 Fevral 2006 12:20 (UTC +04:00)

Müasir Müsavat Partiyası (MMP) növbəti qurultayın vaxtını fevralın 20-də Siyasi Şurasının tooplantısında müəyyənləşdirəcək. Bu barədə Trend ə MMP sədri Hafiz Hacıyev bildirib.

Partiya sədrinin bildirdiyinə görə hazırda paytaxtın bir neçə rayonunda yerli təşkilatların konfransı keçirilir. Partiyanın paytaxt rayon təşkilatlarında keçirilən konfranslar başa çatdıqdan sonra ətraf rayon təşkilatlarında da tədbirlər keçiriləcək. Məqsəd qurultaya nümayəndələrin seçilməsidir. H.Hacıyev bildirib ki, qurultayın mart ayında keçiriləcəyi planlaşdırılıb: "Təbii ki, qurultayda təşkilati məsələlərə baxılacaq sədrin yeni müavinləri və katiblər seçiləcək".

Fevralın üçüncü ongünlüyündə isə partiya fəallarıının geniş toplantısı nəzərdə tutulub. Partiya sədri onu da qeyd edib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcəklər.

Xəbər lenti

Xəbər lenti