...

AB-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin adı məlumdur

Siyasət Materials 13 Fevral 2006 12:11 (UTC +04:00)

İsveç diplomatı Piter Semnebi (Peter Semneby) Avropa Birliyinin Cənubi Qafqazda yeni xüsusi nümayəndəsi olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Mediamaks agentliyi Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat verir.

Son illər ərzində P.Semnebi ATƏT-in Latviya və Xorvatiyadakı missiyalarına rəhbərlik edib.

AB-nin Cənubi Qafqazdakı xüsusi nümayəndə institutunun təsis olunması haqqında qərar 2003-cü ilin iyulunda qəbul olunub və ilk dəfə bu posta finlandiyalı diplomat Heyki Talvitiye (Heikki Talvitie) təyin edilib.

Xəbər lenti

Xəbər lenti