...

Azərbaycanın XİN başçısı ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri Konfransının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 13 Fevral 2006 19:23 (UTC +04:00)

ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri Konfransı ümid edir ki, Azərbaycanın İsrail ilə əlaqələri bundan sonra da inkişaf etdiriləcək. Trend bildirir ki, fevralın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə ABŞ-ın yəhudi təşkilatlarının prezidentləri Konfransının (Conference of Presidents of Major American Jewish Organizations) sədri Harold Tanner (Harold Tanner) bu barədə bəyan edib. O, qeyd edib ki, İsrail və ABŞ Azərbaycana böyük önəm verir.

AR XİN-in mətbuat mərkəzi bildirir ki, nazir Azərbaycan ilə ABŞ arasındakı mövcud strateji əlaqələrə toxunaraq Birləşmiş Ştatların yəhudi təşkilatlarının mühüm rolunu qeyd edib. O, həmçinin Azərbaycan-İsrail münasibətləri, eləcə də Azərbaycanın region ölkələri ilə münasibətlərinin inkişafına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Axalkalaki-Qars kimi beynəlxalq iqtisadi layihələrin energetika təhlükəsizliyi və infrastrukturunun təmin edilməsi işindəki roluna toxunub.

E.Məmmədyarov Azərbaycanda müxtəlif dinlərin, o cümlədən islam, xristianlıq və yəhudi dininin ənənəvi dinc yanaşı mövcudluğunu xüsusilə qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə aparılan danışıqlar prosesinin hazırkı mərhələsi ilə bağlı qonaqlara məlumat verib.

Xəbər lenti

Xəbər lenti