...

Tələt Əliyev: "Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıqla bağlı məsləhətləşmələr davam etdirilir"

Siyasət Materials 16 Fevral 2006 14:32 (UTC +04:00)
Tələt Əliyev: "Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıqla bağlı məsləhətləşmələr davam etdirilir"

"Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfərinə hazırlıqla bağlı məsləhətləşmələr davam etdirilir və səfərin dəqiq tarixi dövlət başçılarının iş qrafikinə əsasən razılaşdırılacaq". Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 16-da jurnalistlərlə söhbətində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

Diplomatın sözlərinə görə, hər iki ölkə arasında əlaqələrin səviyyəsi çox yüksəkdir və burada prezidentlər arasındakı dostluq münasibətləri də əsas rol oynayır. Bu yaxınlarda Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Anatoli Kinaxın Bakıda apardığı danışıqlar, həmçinin, prezidentlərin telefon danışıqları Azərbaycanla qarşılıqlı münasibətlərin Ukrayna üçün nə qədər vacib olduğunu, Kiyevlə əməkdaşlığın isə Bakı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyib.

Bununla yanaşı, səfir V.Yuşenkonun Bakıya səfərinin fevral ayına planlaşdırılmadığını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti