...

Qafqazın şeyxulislamı Vatikanın müqəddəs Qriqori ordeni ilə təltif olunub

Siyasət Materials 16 Fevral 2006 18:18 (UTC +04:00)
Qafqazın şeyxulislamı Vatikanın müqəddəs Qriqori ordeni ilə təltif olunub

Vatikan Qafqaz müsəlmanları İdarəsinin sədri şeyxulislam hacı Allahşükür Paşazadənin Azərbaycanda və Qafqazda dini tolerantlığın möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirir və onu ali dərəcəli müqəddəs Qriqori ordeni ilə təltif edir. Trend bildirir ki, fevralın 16-da Vatikanın Cənubi Qafqazdakı nümayəndəsi nunsi Klaudio Quceretti katolik kilsəsinin ali ordenini şeyxulislama təqdim edərkən bu barədə bəyan edib.

"O, bəyan edib ki, şeyxulislamın səyləri nəticəsində biz Azərbaycanda yüksək dərəcədə dini tolerantlığın şahidi olduq". O, qeyd edib ki, bu tolerantlıq istər Vatikanın keçmiş rəhbəri II İohan Paveldə, istərsə də katolik kilsəsinin hazırkı rəhbəri XII Benediktdə xoş təəssüratlar yaradır.

O, Avropanın bir sıra qəzetlərində Məhəmməd Peyğəmbərin karikaturalarının dərc olunması məsələsinə toxunaraq bəyan edib ki, bu günlərdə biz müxtəlif dinlərin nümayəndələri olan milyonlarla möminin qəlbinə toxunan "kifayət qədər kədərli hadisənin" şahidi olduq. Onun sözlərinə görə, Vatikan bu, heç bir çərçivəyə sığmayan hadisəni dərhal pisləyib və bunun mədəni və dini qaydalardan uzaq olduğunu bildirib. Bütün dinlər zaman-zaman belə hallarla üzləşib, amma dözüm sayəsində bu vəziyyətdən çıxıb. Vatikan nümayəndəsi vurğulayıb ki, yalnız bu yolla dinlərarası müharibələrin qarşısını almaq mümkündür.

O, bəyan edib ki, biz dinlər arasındakı münasibətlərin inkişafı tərəfdarıyıq və Qafqaz şeyxulislamının bu sahədəki rolunu yüksək qiymətləndiririk.

Azərbaycanda tolerantlıq öncədən müəyyən edilmiş hüdudlardan kənara çıxmır. Qafqazın şeyxulislamı Allahşükür Paşazadə bəyan edib ki, bu gün bu barədə Romada da danışılırsa, onda bu sübut edir ki, Azərbaycan doğru yoldadır.O, vurğulayıb ki, dövlət bu siyasəti davam etdirir və bu siyasət Azərbaycanda yaşayan digər dini icmalar arasında da yayılır. Şeyxulislam Peyğəmbərin karikaturasını qəzetlərdə dərc etməklə buna siyasi don geydirən qüvvələri pisləyib, həmçinin dini liderləri, eləcə də alimləri dialoqa və məsləhətləşmələrə çağırıb. Şeyxulislam müqəddəs Qriqori ordeni ilə təltif olunmasını sülhə və qardaşlığa addım, eləcə də Azərbaycanda dialoqa və tolerantlığın qiymətləndirilməsinə çağırış kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti