Azərbaycan prezidenti İlham Əliyev Kuveyt əmiri şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabaha həmin ölkənin milli bayramı - Milli gün münasibətilə təbrik məktubu göndərib.
Trend in məlumatına görə, məktubda dövlət başçısı Kuveyt və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da iki xalqın rifahı naminə inkişaf etdiriləcəyinə və genişləndiriləcəyinə əmin olduğunu bildirir. İ.Əliyev məktubda Kuveyt əmirinə möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər, dost Kuveyt xalqına isə sabitlik və tərəqqi arzulayıb.