...

Səhiyyə və fövqəladə hallar naziri Moskvaya gedib

Siyasət Materials 24 Fevral 2006 20:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə səhiyyə naziri Oktay Şirəliyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 24-də Moskvaya ezam olunub. Trend bildirir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Nazirlər Rusiya paytaxtına Basman bazarında damın çökməsi nəticəsində xeyli sayda azərbaycanlının həlak olması və yaralanması ilə bağlı gediblər. Hökumət üzvlərinə hadisə nəticəsində həlak olanların və yaralananların vəziyyəti ilə tanış olub, təcili operativ tədbirlərin görülməsi, "Azərbaycan hava yolları" Dövlət Konserninə həlak olanların cənazələrinin vətəndə dəfn edilməsi üçün təyyarə ilə Bakıya gətirilməsi barədə tapşırıq verilib.

Azərbaycan hökuməti həlak olanların dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürür.

Xəbər lenti

Xəbər lenti