...

Kəmaləddin Heydərov: İnşaat işləri ilə bağlı layihələr FHN-nin Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən təsdiqlənəcək

Siyasət Materials 1 Mart 2006 19:36 (UTC +04:00)
Kəmaləddin Heydərov: İnşaat işləri ilə bağlı layihələr FHN-nin Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən təsdiqlənəcək

İnşaat işləri ilə bağlı dünya standartlarına uyğun olan layihələr bundan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən təsdiq ounacaq. "Lider" telekanalına istinadən Trend xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Xatırladaq ki, həmçinin, ölkə prezidentinin fərmanı ilə Xəzər hövzəsinin ixtisaslaşdırılmış qəza-xilasetmə xidməti nin (XİQXX) balansında olan yanalma körpüləri və gəmiləri FHN-nin sərəncamına verilib. Hazırda mülki müdafiə qərargahlarında olan avadanlıqlar və texnikanın əksəriyyəti isə yeniləri ilə əvəz ediləcək. Fövqəladə hallar nazirinin fikrincə, bütün bunlar Azərbaycan vətəndaşlarının daha təhlükəsiz yaşamalarına xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti