...

AMİP lideri Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Siyasət Materials 2 Mart 2006 17:20 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vaddamsla görüşüb. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətindən bildiriblər.

Görüşdə Azərbaycanda siyasi və iqtisadi proseslər, neft gəlirlərinin ölkədə yeni və davamlı infrastrukturların yaradılmasında əhəmiyyəti müzakirə olunub. E.Məmmədov neft gəlirlərini uzunmüddətli və davamlı infrastrukturlara sərf etməyin tərəfdarı olduğunu bildirib. Regionlarla paytaxt arasında qeyri-bərabər inkişaf və əhalinin daxili miqrasiyasının gələcəkdə törədə biləcəyi fəsadlar və bundan çıxış yolları da geniş müzakirə mövzusu olub.

A.Vaddams gələn həftə Avropa Komissiyasının "Yeni qonşuluq siyasəti" ilə bağlı 200 səhifədən ibarət sənədin hökumətlə müzakirə olunacağını bildirərək bu proqramın qəbul ediləcəyi təqdirdə Azərbaycanın Avropaya inteqrasiyasına, demokratik inkişafa, şəffaf seçkilərə, sahibkarlığın inkişafına müsbət təsirini qeyd edib.

Xəbər lenti

Xəbər lenti