...

Tahir Tağızadə: "Ermənistan prezidentinin bəyanatı destruktivdir və sülh danışıqlarının xeyrinə deyil"

Siyasət Materials 3 Mart 2006 13:16 (UTC +04:00)
Tahir Tağızadə: "Ermənistan prezidentinin bəyanatı destruktivdir və sülh danışıqlarının xeyrinə deyil"

Trend-i buradan izləyin

Ermənistan prezidentinin sonuncu bəyanatı destruktiv xarakter daşıyır və sülh danışıqlarının xeyrinə deyil. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Qeyd edək ki, bu yaxınlarda Robert Koçaryan Ermənistan tərəfindən 3 addımın atılması - Dağlıq Qarabağın tanınması, buna görə hüquqi məsuliyyətin müəyyən edilməsi və Qarabağ ətrafında təhlükəsizliyin möhkəmləndirilməsinin mümkünlüyü haqqında bəyan edib.

"Tamamilə aydındır ki, bu bəyanat ölkənin daxili maraqları nəzərə alınmaqla verilib. Bəyanat sanki bir tərəfdən münaqişənin özündə və sülh danışıqları prosesində Ermənistanın rolunun xarakterini aydın müəyyən edir, digər tərəfdən isə bu danışıqlarda irəliləyişin əldə olunmasına imkan vermir", - deyə T.Tağızadə qeyd edib.

"Ermənistanın uzun illərdir davam edən təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq Azərbaycan sülh danışıqları prosesinə sadiqliyini saxlayır və bu bəyanata sülh danışıqlarının inkişafına maneə kimi baxır", - deyə o sonda vurğulayıb.

Xəbər lenti

Xəbər lenti