...

Vəhdət Partiyası YAP-ın dialoqla bağlı razılığını gözləyir

Siyasət Materials 3 Mart 2006 13:49 (UTC +04:00)

Vəhdət Partiyası dialoqla bağlı Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyindən cavab gözləyir. Bu barədə Trend ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Qeyd edək ki, adıçəkilən partiyanın Siyasi Şurası fevralın 14-də iqtidar partiyası ilə dialoq aparmağa qərar verib. YAP-la dialoqun aparılmasına hazırlıq isə partiyanın sədrinə həvalə edilib. T.Kərimli bildirib ki, onlar məsələ ilə bağlı YAP-ın sədri, dövlət başçısı İlham Əliyevə müraciət ediblər. Amma hələlik müraciətə cavab verilməyib.

T.Kərimli qeyd edib ki, dialoq aparmaqla bağlı onlar tərəfindən bütün addımlar atılıb. Qalır YAP-ın razılığı. Partiya sədri dialoqda müzakirəyə çıxaracaq mövzuların da adlarını çəkib: "Dağlıq Qarabağ problemi, regionların sosial inkişafı, kadr dəyişikliyi, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, məhkəmə-hüquq sahəsində islahatlar və mənəviyyat məsələlərinin müzakirəsini nəzərdə tutmuşuq".

Dialoqda Vəhdət Partiyası tərəfindən özünün və Bakı və Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadənin iştirak edəcəyini deyən T.Kərimli məsələ ilə bağlı YAP-ın razılığını gözlədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti