...

Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası payızda olacaq

Siyasət Materials 7 Mart 2006 17:03 (UTC +04:00)

Bu ilin fevral-mart aylarına təyin edilmiş Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclasının vaxtı təxirə salınaraq payıza keçirilib. Bu barədə Trend ə diplomatik mənbələrdən məlum olub.

Tərəflər iclas çərçivəsində xüsusilə iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək niyyətindədirlər. Eyni zamanda, Dövlət başçıları səviyyəsində Bakı və İslamabada rəsmi səfərləri gedişində tərəflərə tapşırılan mal dövriyyəsinin $100-200 mlna qədər artırılmasının imkanları da müzakirə olunacaq. Komissiyanın iclasında eləcə də daha sıx iqtisadi əlaqələrin təşkil edilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərinin təşkili məsələlərinin müzakirəsi də nəzərdə tutulub.

Komissiyanın Azərbaycan hissəsinə baş nazirin birinci müavini Yaqub Eyyubov, Pakistan tərəfinin isə neft naziri Nuraiz Şakir Xan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti