...

Təkrar seçkidə iştirak edənlərdən 100 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 7 Mart 2006 18:39 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak edənlərdən 100 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

İmza vərəqələri götürən namizədlərdən 195 nəfəri imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. Namizədliyi qeydə alınan 100 nəfərdən 17-si qadındır. Siyasi mənsubiyyətinə görə isə 45-i bitərəf, 19-u Yeni Azərbaycan Partiyasının, 9-u Müsavat Partiyasının, 3-ü Ədalət, 2-si Kommunist, 2-si Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. Böyük Azərbaycan, Demokratik Azərbaycan Dünyası, Xalq Demokratik, Vətəndaş Həmrəyliyi, Sosial Demokrat, Demokratik İslahatlar, AXCP- klassiklər, Milli İstiqlal, Ümid və Xalq partiyalarının hər birindən bir nəfərin namizədliyi qeydə alınıb. 10 nəfər isə siyasi mənsubiyyətini göstərməyib.

Namizədliyi qeydə alınanlardan 91 nəfərinin namizədliyi özü tərəfindən, 2-si təşəbbüs qrupu, 7-si siyasi partiyalar tərəfindən irəli sürülüb. Siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərin 4-ü Yeni Azərbaycan Partiyasının, 2-si Komunist Partiyasının, 1-i isə BAXCP-nin namizədidir.

Xəbər lenti

Xəbər lenti