...

İsgəndər Həmidov: "AXCP (i) ilə sazişimiz qüvvədən düşüb"

Siyasət Materials 11 Mart 2006 11:17 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyası (AMDP) ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar) arasında birgə əməkdaşlıqla bağlı imzalanmış müqavilə qüvvədən düşüb". Bu barədə Trend ə AMDP sədri İsgəndər Həmidov bildirib.

İ.Həmidov onu da qeyd edib ki, müqavilənin qüvvədən düşməsinə səbəb AXCP (i) sədri Əli Kərimlinin sənəddə göstərilən müddəaları yerinə yetirməməsi olub: "Nəzərdə tutmuşduq ki, 2005-ci il parlament və 2008-ci il prezident seçkilərində vahid namizədlə iştirak edək. Lakin Əli Kərimli parlament seçkiləri öncəsi "Azadlıq" blokunda təmsil olunmaqla bizim sazişi pozdu".

AMDP sədri onu da qeyd edib ki, partiyanın Siyasi Şurasında bu məsələ müzakirə olunub və qərara alınıb ki, AXCP (i) ilə bağlanmış müqavilənin qüvvədən düşməsi ilə bağlı qarşı tərəfə məktub ünvanlansın. İ.Həmidov onu da bildirib ki, bundan sonra partiyalarla əməkdaşlıq məsələlərinə yenidən baxılacaq.

Xəbər lenti

Xəbər lenti