...

Vəhdət Partiyası Müsavatın müraciətinə mənfi cavab verib

Siyasət Materials 11 Mart 2006 12:58 (UTC +04:00)

Vəhdət Partiyası Müxalifətin Koordinasiya Mərkəzinin (MKM) yenidən bərpasında iştirak etməyəcək. Bu barədə Trend ə Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Qeyd edək ki, MKM-nin yenidən bərpası istiqamətində iş aparan partiyalardan biri də Müsavatdır. Onu da bildirək ki, Müsavat Partiyası bu məsələ ilə bağlı Vəhdət Partiyasına müraciət edib. T.Kərimli isə bildirib ki, Müsavatın müraciəti partiyanın Siyasi Şurasında müzakirə edilib. Qərara alınıb ki, hələlik partiya fəaliyyətini iqtidarla dialoq məsələsi üzərində qursun: "Hazırda dialoq məsələsi bizim üçün prioritet olduğundan MKM-nin bərpası ilə bağlı Müsavatın müraciətini arxa plana keçirmişik".

Xəbər lenti

Xəbər lenti