...

İslam Partiyasın Baş Məclisi martın 17-də keçiriləcək

Siyasət Materials 15 Mart 2006 16:19 (UTC +04:00)

Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin martın 15-ə təyin edildiyi növbəti toplantısı təxirə salınıb. Bu barədə Trend ə AİP sədri Hacıağa Nuri bildirib.

H.Nuri qeyd edib ki, partiyanın İcra Aparatının bu gün keçirilən iclasında qərara alındı ki, Baş Məclisin iclası martın 17-də keçirilsin. H.Nuri Baş Məclisin iclasında AİP-in seçkilərdən sonrakı vəziyyət, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və cari məsələlərlə yanaşı partiyanın Xaçmaz rayon təşkilatı sədrinin hesabatının da müzakirə ediləcəyini bildirib.

Qeyd edək ki, bir ay bundan öncə AİP-in şimal rayon təşkilatlarının rəhbərləri H.Nurinin Baş Məclisdə hesabat verməsi tələbi ilə çıxış ediblər. Partiya sədri isə bildirib ki, hələlik onların özləri bu hesabatla çıxış edəcəklər. H.Nuri adıçəkilən rayon təşkilatlarının AİP-in siyasi kursuna qarşı çıxacaqları təqdirdə cəzalandırıla biləcəklərini də istisna etməyib: "Bu məsələlər Baş Məclisdə müzakirə olunmalıdır. Hər halda partiyanın siyasi kursuna qarşı çıxanlar mütləq cəzalandırılmalıdır".

Xəbər lenti

Xəbər lenti