Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Fərrux Zeynalov və Ülvi Quliyev MDB Parlamentlərarası Assambleyanın komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 3-də Sankt-Peterburqa yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Assambleyanın Elm və Mədəniyyət, Büdcəyə nəzarət, Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə komissiyalarının iclaslarında turizm fəaliyyəti, elektron ticarət, idmanın inkişafı, dövlətlərarası elektron kütləvi informasiya vasitələrinin işinin təşkili və digər sahələrlə bağlı model qanun layihələri, komissiyaların 2005-ci ildəki fəaliyyətinin yekunları və başqa mövzularda fikir mübadiləsi aparılacaq.
Tədbirlərdə deputatlarımız çıxış edəcək, mızakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.
Səfər aprelin 7-də başa çatacaq.