...

Asim Mollazadə aprelin 6-da Strasburqa gedəcək

Siyasət Materials 6 Aprel 2006 11:12 (UTC +04:00)

Milli Məclisin deputatı Asim Mollazadə Kosovanın gələcək statusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün aprelin 6-da Strasburqa yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Avropa Şurasının Avropa üzrə Liberallar və Demokratlar Alyansının Avropa Liberal Demokratlar Partiyası və Beynəlxalq Liberallar qrupu ilə birgə təşkil etdiyi bu tədbirdə Kosovanın gələcək statusu barədə geniş müzakirələr aparılacaq.

Səfər aprelin 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti