Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 9-da Macarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Bu barədə Trend ə MSK-dan məlumat verilib.
Qeyd edək ki, Məzahir Pənahov və MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov aprelin 7-dən Macarıstanda səfərdədirlər. Səfər Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının (MŞASRA) baş katibi Zoltan Totun dəvəti ilə baş tutub.
Səfər çərçivəsinə MSK sədri Mərkəzi və Şərqi Avropa Seçki Rəsmiləri Assosiasiyasının (MŞASRA) baş katibi Zoltan Totla görüşüb, MSK ilə bu qurum arasındakı gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb. Aprelin 9-da isə Məzahir Pənahov və Rövzət Qasımov bu ölkədə keçiriləcək parlament seçkilərinin müşahidəçiliyində iştirak edəcək. Aprelin 10-da səfər başa çatacaq və MSK nümayəndələri Bakıya qayıdacaqlar.