...

Andres Herkel: AŞPA məruzəçilərindən heç biri Azərbaycandı təkrar seçkilər üzrə müşahidə missiyasının tərkibinə daxil edilməyib

Siyasət Materials 13 Aprel 2006 10:53 (UTC +04:00)

AŞPA məruzəçilərindən heç biri Azərbaycanda Milli Məclisə (parlamentə) təkrar seçkilər üzrə müşahidə missiyasının tərkibinə daxil edilməyib. Bu barədə aprelin 12-də Strasburqda AŞPA-nın Estoniyadan olan həmsədri Andres Herkel Trend in müxbiri ilə söhbətində bildirib.

"Mənə elə gəlir ki, mən də missiyanın tərkibinə daxil edilməmişəm", -deyə həmməruzəçi bildirib.

Onun sözlərinə görə, bu qərar AŞPA müşahidəçilərinin sayının 40-dan 20-dək azalması ilə bağlıdır.

"Lakin bu, mənim ehtimallarıma görə, bizim müşahidəçi qismində aprelin 22-29-na planlaşdırılan Bakıya səfər etməyimizə mane olmayacaq", -deyə A. Herkel bildirib.

Bununla yanaşı, A. Herkel AŞPA-nın iyun sessiyasında Azərbaycandakı seçkilərlə bağlı qəbul edələcək qərar barədə fikir söyləməkdən imtina edib. "Bu barədə danışmaq hələ tezdir. Mayın 13-də 10 dairədə səsvermənin yekunlarını gözləmək zəruridir",- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti