Avropa Şurası (AŞ) Nazirlər komitəsinin sədri, Rumıniya xarici işlər naziri Mixay Rezvan Unquryanın Azərbaycana səfəri aktual məsələ olaraq qalır. Bu haqda Trend agentliyinə Rumıniya səfirliyindən xəbər verilib.
Səfər cari ilin aprelin əvvəlinə planlaşdırılsa da, obyektiv səbəblər üzündən təxirə salınıb. M.R.Unuquryan Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində Azərbaycana səfər etməyi planlaşdırır.
Səfər zamanı Azərbaycanın AŞ-ya inteqrasiyası məsələsi və ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq, eləcə də iki ölkənin hüquqi bazasının gücləndirilməsi imkanları nəzərdən keçiriləcək.