...

Səngəçalda Yaponiya hökumətinin maliyyələşdirdiyi məktəbəqədər müəssisənin yenidən qurulması prosesi başa çatıb

Siyasət Materials 17 Aprel 2006 17:29 (UTC +04:00)

Aprelin 17-də Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsində yenidən qurulmuş məktəbəqədər müəssisənin təntənəli açılış mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, layihə Yaponiya hökumətinin ayırdığı təxminən 93 000 dollar vəsaiti hesabına və "Dünyaya baxış" beynəlxalq təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.

Layihənin həyata keçirilməsi haqqında müqavilə 2005-ci ilin iyulunda Yaponiyanın Azərbaycandakı səfirliyi və beynəlxalq təşkilat arasında imzalanıb. Təşkilatın proqram meneceri Vesli Harniş qeyd edib ki, layihə təhsilin səviyyəsinin artırılmasına, qəsəbədə məktəbəqədər yaşlı uşaqların qeydiyyatının aparılmasına, o cümlədən uşaqların vaxtdan səmərəli istifadəsinin təşkilinə yönəldilib.

"Layihə Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant proqramı çərçivəsində gerçəkləşdirilib. Bütövlükdə proqram Azərbaycanda sosial xarakterli layihələrin həyata keçirilməsinə yönəldilib", - deyə Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe tədbirdə bildirib. Səfirin sözlərinə görə, ölkədə ümumi məbləği təxminən 4,7 mln dollar olan 74 layihə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti