...

Xanhüseyn Kazımlı: "Dialoq iqtidar-müxalifət arasında yox, partiyalar arasında aparılmalıdır"

Siyasət Materials 20 Aprel 2006 18:17 (UTC +04:00)

Dialoq iqtidar-müxalifət arasında yox, partiyalar arasında aparılmalıdır. Bu barədə Trend ə Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən sonra iqtidar-müxalifət dialoqunun gündəmə gətiriləcəyini bildirib.

X.Kazımlı isə bildirib ki, o, məsələnin belə qoyuluşunun əleyhinədir: "Belə görüşləri müxalifət-iqtidar dialoqu adlandırmazdım. Bu, partiyalararası siyasi dialoq adlandırılmalıdır. Çünki həmin dəyirmi masalarda iqtidar, mərkəzçi mövqedən çıxış edən partiyalarl və müxalifəti təmsil edən siyasi qüvvələr iştirak edirlər". Partiya sədri onu da vurğulayıb ki, partiyalararası dialoq seçkidən seçkiyə yox, mütəmadi aparılmalıdır. Belə dialoqlarda cəmiyyəti düşündürən problemlərlə bağlı mövzular müzakirə olunmalıdır.

Partiya sədri onu da bildirib ki, dialoqun baş tutması üçün hər hansı bir beynəlxalq təşkilatın təşəbbüsünə ehtiyac yoxdur. Belə razılıq tərəflər arasında əldə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti