...

Ramil Səfərovla bağlı mitinq keçirməyi planlaşdıran gənclər Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini ilə görüşüblər

Siyasət Materials 22 Aprel 2006 12:09 (UTC +04:00)

Budapeşt şəhər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbycan ordusunun zabiti Ramil Səfərovun müdafiəsi məqsədilə kütləvi aksiyalar keçirməyi planlaşdıran bir qrup gənc Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Trend in məlumatına görə, gənclər aprelin 22-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə görüşüblər.

Qeyd edək ki, Yaşar Əliyev "Dalğa" Gənclər Hərəkatının təşəbbüsü ilə aprelin 22-də "Qələbə" meydanında keçirilməsi planlaşdırılan mitinqlə əlaqədar aksiya təşkilatçılarını İdarəyə çağırıb. Gənclərlə görüşdə Y.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilməyən bu mitinqin keçirilməməsi və qanunsuz addımlar atılmamasını məsləhət görüb. O, gənclərə qarşıdurmalara gətirib çıxara biləcək hərəkətlərə yol verilməməsini tövsiyə edib. "Dalğa" Hərəkatının sədri Ramin Hacılı isə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilmədiyi üçün aprelin 22-ə təyin etdikləri aksiyanın təxirə salıblar və qanundan kənar addımlar atılmayacaq. O, həmçinin gələn həftə Ramil Səfərovla bağlı dinc aksiya keçirmək üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini və heç bir emosionallığa, qarşıdurmalara yol verməmək niyyətində olduqlarını da rəis müavininin diqqətinə çatdırıb. Yaşar Əliyev rəsmi izacə veriləcəyi təqdirdə həmin aksiyanın təhlükəsizliyinin təmin olunacağını bildirib.

Görüşdə iştirak edən 3 nəfər təşkilat üzvü Yaşar Əliyevlə görüşdən razı qaldıqlarını və qarşılıqlı şəkildə anlaşdıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti