...

Azərbaycan prezidenti AQFET zirvə görüşünə dəvət olunub

Siyasət Materials 24 Aprel 2006 20:37 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Prezident sarayında Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Onjanovu qəbul edib.

Onjanov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycanlı həmkarı İlham Əliyevə bu il iyunun 17-də Almatı şəhərində keçiriləcək Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri (AQFET) üzrə 2-ci zirvə görüşünə dəvətini çatdırıb.

Dəvətə görə minnətdarlığını bildirən dövlət başçısı N.Nazarbayevin ötən il Azərbaycana səfərini, onunla keçirdiyi görüşləri və apardığı danışıqları məmnunluqla xatırlayıb. İ.Əliyev qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, birgə planlar gerçəkləşdirilir.

Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlar olduğunu söyləyən N.Onjanov ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsini xüsusilə vurğulayaraq bildirib ki, qarşılıqı maraq doğuran layihələr məhz Azərbaycan prezidentinin ardıcıl səyləri sayəsində öz həllini tapır və əməkdaşlığımız getdikcə möhkəmlənir.

Xəbər lenti

Xəbər lenti