...

Azərbaycan və ABŞ prezidentləri təhlükəsizlik, energetika, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək

Siyasət Materials 28 Aprel 2006 10:55 (UTC +04:00)

Aprelin 28-də Ağ Evdə Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Corc Buş təhlükəsizlik, energetika, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən İranla bağlı vəziyyəti müzakirə edəcək.

Trend in xəbər verdiyi kimi, bu yüksək səviyyəli ikitərəfli görüşlə İlham Əliyevin dövlət başçısı kimi Vaşinqtona ilk üçgünlük səfəri başa çatır.

Azərbaycan-Amreika sammiti ərəfəsində Ağ Ev bəyan edib ki, Vaşinqton Bakını dünyanın strateji cəhətdən mühüm rayonunda "əsas müttəfiqi" və İraq, Əfqanıstan və Kosovoda əhəmiyyətli yardım göstərən "qiymətli tərəfdaş" hesab edir. Burada Azərbaycanın sülhməramlı kontingentləri yerləşdirilib.

ABŞ administrasiyasının xəbərinə görə, İlham Əliyevlə qarşıdakı görüşdə Corc Buş "Qafqazda demokratiya və əməkdaşlığın inkişafı, energetika sahəsində diversifikasiya, o cümlədən hər iki ölkənin azadlıq və təhlükəsizlik naminə birgə işləməsi kimi məsələləri müzakirə edəcəyi planlaşdırılır.

Çərşənbə günü Beynəlxalq Əlaqələr üzrə Şurada çıxış edən Azərbaycan lideri bildirib ki, İranla bağlı məsələni Vaşinqtona səfərinin əsas mövzusu hesab etmir. O vurğulayıb ki, Azərbaycan İrana qarşı hər hansı bir əməliyyatda iştirak etmək niyyətində deyil.

İlham Əliyev və Corc Buş əsas diqqəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldəcək. Ancaq XİN başçısı Elmar Məmmədyarov məlumat verib ki, Bakı bu problemin həlli yolları ilə bağlı Vaşinqtondan yeni təkliflər gözləmir. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti