...

Zakir Qaralov: İnanmıram ki, Gürcüstan hökuməti Azərbaycanda cinayət törədərək həmin ölkədə gizlənmiş vətəndaşımıza qaçqın statusu versin

Siyasət Materials 5 May 2006 13:13 (UTC +04:00)

İnanmıram ki, Gürcüstan hökuməti Azərbaycanda cinayət törədərək həmin ölkədə gizlənmiş vətəndaşımıza qaçqın statusu versin. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın baş prokruoru Zakir Qaralov məlumat verib.

Baş prokuror bildirib ki, 16 oktyabr 2003-cü il tarixdə Bakıda baş vermiş iğtişaşın fəal iştirakçısı olmuş Azər Səmədov istintaq orqanlarından yayınmaq üçün Azərbaycandan qaçıb və Gürcüstanda gizlənib. 2006-cı ilin aprel ayında isə həmin ölkədə həbs olunub. Gürcüstanın Apellyasiya Məhkəməsi onun barəsində həbs-qətimkan tədbirini dəyişərək onuü azadlığa buraxıb. Lakin bu o demək deyil ki, Azər Səmədov Azərbaycana gətirilərək törətdiyi əmələ görə məhkəmə qarşısında dayanmayacaq.

"Müvafiq sənədlər Gürcüstanın Baş Prokurorluğuna təqdim olunub. Biz hesab edirik ki, Azər Səmədov məsələyə siyasi don geydirmək üçün özünü insan hüquqları ilə məşğul olan hansısa qeyri-hökumət təşkilatının sədri kimi təqdim edib. Onun Gürcüstan dövlətindən hər hansı status alacağı inandırıcı görünmür. Hər halda biz çalışacağıq ki, iğtişaşda fəal iştirakçı olmaqda təqsirləndirilən bu şəxsin Azərbaycana ekstradisiyasına və mühakiməsinə nail olaq" - deyə Z.Qaralov söyləyib.

Xəbər lenti

Xəbər lenti