...

MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının növbəti iclasının tarixi müəyyənləşib

Siyasət Materials 6 May 2006 13:22 (UTC +04:00)

MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının növbəti 20-ci iclası iyunun 1-dən 3-dək Düşənbədə keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

İclasın gündəliyinə təxminən 15 məsələ daxildir. MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərləri beynəlxalq terrorizm, qanunsuz silah, kimyəvi maddələr və insan alverilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. İclasda həmçinin, beynəlxalq saziş layihələrinin razılaşdırılması da müzakirə olunacaq.

Bütün MDB ölkələrinin, o cümlədən Azərbaycanın nümayəndə heyətinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti