ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Hayland mayın 8-də Mərkəzi Seçki Komissiyasında görüş keçirib. Trend in məlumatına görə, görüşdə əsasən 13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb.
MSK sədri Məzahir Pənahov seçkilərin keçirilməsi ilə bağlı MSK-nın gördüyü işlər, seçkiöncəsi təbliğat mərhələsi, seçkidə iştirak edən namizədlər barədə qonağa məlumat verib. C.Nayland isə seçkilərlə bağlı görülən işləri müsbət qiymətləndirdiyini və ABŞ-ın təkrar parlament seçkilərini diqqətdə saxladığını deyib.
Görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında diplomat bildirib ki, təkrar seçkilərin ədalətli, demokratik keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb: "Biz ümid edirik ki, mayın 13-də təkrar parlament seçkiləri düzgün keçəcək. Biz bu seçki prosesini dəstəkləyirik. Ümidvarıq ki, bu dəstəyimiz ölkədə demokratiyanın inkişafna yardımçı olacaq"-deyə diplomat vurğulayıb.