...

Azərbaycan prezidenti "Mülki Məcəlləyə əlavələrin edilməsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb

Siyasət Materials 13 May 2006 13:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Mülki Məcəlləyə əlavələrin edilməsi haqqında" qanunun təbiqi barədə fərman imzalayıb. Trend in xəbər verdiyi kimi, qanun martın 3-də qəbul olunub.

Nazirlər Kabinetinə mövcud qanunvericiliyin və NK-nın, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Qanuna uyğunlaşdırılması haqqında təklifləri bir ay müddətində prezidentə təqdim etmək tapşırılır.

Dövlət başçısı, həmçinin, korrupsiya ilə mübarizəyə dair bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi haqqında Qanunu da təsdiqləyib. Bundan başqa, "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi haqqında maliyyə sazişi və bu sazişə xüsusi müqavilə də təsdiqlənib.

Azərbaycan prezidenti "Avropa Birliyi ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında" 1 aprel 2005-ci il tarixli fərmana dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Daha bir fərman isə Vergi Məcəlləsinə uyğunlaşdırmaq üçün dövlət başçısının bəzi fərmanlarına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı imzalanıb.

Xəbər lenti

Xəbər lenti