...

Azərbaycan-İsrail münasibətləri öz konstruktivliyi ilə fərqlənməlidir

Siyasət Materials 15 May 2006 17:30 (UTC +04:00)

Dünyanın bütün ölkələrindəki İsrail təşkilatları öz səylərini iki düzəlişin: 907 və Cekson-Venik düzəlişlərinin ləğvi ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə yönəldib. Trend in verdiyi məlumata görə, bu barədə İsrailin parlamentinin (Knesset) deputatı Yezef Şaqal Bakıda keçirilən mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, İsrail və Azərbaycan arasında münasibətlər unikaldır və bütün dünya üçün sivilizasiyaların yaxınlaşmasında nümunə ola bilər.

Bununla yanaşı, o, qeyd edib ki, İsraildə Azərbaycanın səfirliyinin açılışı çox mühüm əhəmiyyətə malikdir. Bu, İsrail cəmiyyətində informasiya boşluğunu aradan qaldırmağa imkan verər. "İsrail cəmiyyəti demək olar ki, Azərbaycanda baş verən hadisələrdən xəbərsizdir. Mən ümid edirəm ki, heç olmazsa, Azərbaycan mədəniyyət mərkəzi və ya ticari-iqtisadi nümayəndəlik səviyyəsində hər halda təmsil olunacaq" -deyə Y.Şaqal bildirib.

O qeyd edib ki, İsraildə Azərbaycandan gələn yüz mindən artıq adam yaşayır və bu böyük qüvvədir. "Mən istərdim ki, Azərbaycanla İsrail arasında münasibətlər sadəcə olaraq gözəl olmaqla bərabər, öz konstruktivliyi ilə də fərqlənsin. Azərbaycan dünya siyasətinin çox nüfuzlu dairələrində böyük çəkiyə malik olan İsrailin yəhudi təşkilatlarının simasında böyük tərəfdaşa malik ola bilər".

Xəbər lenti

Xəbər lenti