...

Azərbaycanın Almaniyadakı səfiri: Azərbaycan çoxlu sayda alman investorunun cəlb edilməsində maraqlıdır

Siyasət Materials 20 May 2006 14:13 (UTC +04:00)
Azərbaycanın Almaniyadakı səfiri: Azərbaycan çoxlu sayda alman investorunun cəlb edilməsində maraqlıdır

Azərbaycan çoxlu sayda alman investorunun ölkə iqtisadiyyatına cəlb edilməsində maraqlıdır və bu istiqamətdə uğurlu iş aparılır. Bu barədə, Trend agentliyinin "AzərTac"a istinadən yaydığı məlumata əsasən, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Almaniyanın "Diplomatisches Magazin" jurnalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, hazırda Azərbaycana olan maraq xeyli artıb. "1990-cı illə müqayisədə vəziyyət çox dəyişib. Bir çox alman şirkətləri Azərbaycanla əməkdaşlıq etmək istəyini bildirir. Artıq sərfəli əlaqələr yaradılıb" - deyə səfir vurğulayıb.

Bununla yanaşı, o deyib ki, son illər ölkədə sürətli iqtisadi inkişaf müşahidə olunur. Xüsusilə də, il yarım ərzində 380 min yeni iş yeri açılıb.

Diplomat həmçinin, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalına toxunub. O deyib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə və Ermənistana nəqliyyat dəhlizi açmağa hazırdır. "Sülh danışıqları 1994-cü ildən başlanıb. Lakin Dağlıq Qarabağa müstəqillik verilməsini və ya həmin bölgənin Ermənistana birləşdirilməsini istəyən İrəvanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədar problemin həlli mümkün olmur.

"Ermənistan nəhayət anlamalıdır ki, vəziyyət belə davam edə bilməz" - deyə səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti