...

Qərib Məmmədov: Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə danışıqların davam etdirilməsi mayın ortalarına təyin olunub

Siyasət Materials 26 May 2006 12:34 (UTC +04:00)

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası üzrə danışıqların davam etdirilməsi mayın ortalarına təyin olunub. Bu barədə Trend ə Azərbaycan torpaq və xəritəçəkmə üzrə dövlət komitəsinin sədri Qərib Məmmədov hər iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə danışıqların gedişini şərh edərkən bildirib.

"Gürcüstanda delimitasiya üzrə dövlət komissiyasının yeni başçısı təyin olunub. Biz bu günlərdə dəvətnamənin göndəriləcəyini gözləyirik. Bundan sonra isə Azərbaycan nümayəndələri Tiflisə yola düşəcək", - deyə o qeyd edib.

Q.Məmmədovun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında sərhəd 5 sahə və 24 yarımsahədən ibarətdir. Bu günə kimi yalnız 5 yarımsahə razılaşdırılıb, 8 yarımsahə üzərində iş isə davam etdirilir. Bu məsələ ekspertlər səviyyəsində işlənib.

Bununla yanaşı, komitə sədri qeyd edib ki, ərazi mübadiləsi məsələsi danışıqların gündəliyinə daxil edilməyib. "Biz yalnız vəziyyətin dəqiqləşdirilməsi məsələsi ilə məşğuluq, ərazi mübadiləsi ilə bağlı məsələ isə müzakirə mövzusu deyil", - deyə Q.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti