...

Azərbaycanın baş prokruoru Strasburqda işgüzar səfərdədir

Siyasət Materials 30 May 2006 16:36 (UTC +04:00)

Azərbaycanın baş prokuroru Zakir Qaralov Strasburqda işgüzar təfərdədir. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

V.Əliyev bildirib ki, baş prokuror Avropa Şurasının və Avropa Komissiyasının Ukraynada və Cənubi Qafqazda demokratik proseslərin inkişafı ilə bağlı informasiya mübadiləsinə dair keçirdiyi konfransın işinə qatılıb.

Tədbirdə digər Avropa ölkələrinin də hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edir.

Baş prokurorun səfəri iyunun 3-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti