...

Nazir: İdman və gənclər sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının böyük perspektivləri var

Siyasət Materials 30 May 2006 20:13 (UTC +04:00)
Nazir: İdman və gənclər sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının böyük perspektivləri var

Trend agentliyinin məlumatına əsasən, mayın 30-da Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla Səudiyyə Ərəbistanının Gənclərə Dəstək İdarəsinin 1-ci vitse-prezidenti Əmir Nevvaf bin Feysəl bin Fəhd bin Əbdüləzizin görüşü keçirilib.

Görüş ərəfəsində nazir A.Rəhimov qeyd edib ki, idman və gənclər sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının böyük perspektivləri var. "Bizim əməkdaşlığımız 2001-ci ildə həmin sahədə ilk müqavilənin imzalandığı zaman başlanıb. Hesab edirəm ki, səfərin yekunları üzrə imzalanacaq idman və gənclər sahəsində ikitərəfli əməkdaşlıq üzrə fəaliyyət planı əməkdaşlığın inkişafına yeni təkan verəcək" - deyə nazir vurğulayıb.

Qeyd edək ki, şəhzadə Əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdülləziz Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində qonaq Qafqaz müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və baş nazirin birinci müavini Yaqub Eyyubov ilə görüşəcək, eləcə də bir sıra idman federasiyaları nümayəndələri ilə danışıqlar aparacaq.

Səfər iyunun 2-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti