Mayın 31-də Bakıda MDB ölkələri müdafiə nazirləri Şurasının 50-ci yubiley iclası öz işinə başlayıb.
Trend in xəbər verdiyi kimi, iclasda Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna, Belarus, Özbəkistan, o cümlədən MDB İcraiyyə Komitəsi və müdafiə nazirləri Şurasının nümayəndələri iştirak edir.
İclası açan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev yubiley görüşünün məhz Bakıda keçirilməsindən məmnunluğunu bildirib. O, bütün MDB ölkələrinin əməkdaşlığın genişləndirilməsi üçün lazımi tədbirlər görəcəyindən əminlik ifadə edib.
Nazir ümidvar olduğunu bildirib ki, bütün müzakirələr bu dövlətlərin müstəqillik və təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.