...

Sergey İvanov: Rusiya texnikasının Gürcüstandan Ermənistana aparılması regionda hərbi-siyasi vəziyyətin sabitsizləşməsinə gətirib çıxara bilməz

Siyasət Materials 31 May 2006 14:11 (UTC +04:00)

Rusiyaya məxsus texnika və hərbi əmlakın Axalkalaki bazasından Rusiyanın Ermənistanın Gümrüdəki bazasına aparılan kiçik hissəsi regionda hərbi-siyasi vəziyyətin sabitsizləşməsinə gətirib çıxara bilməz. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 31-də Bakıda keçirilmiş mətbuat konfransında RF baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov MDB ölkələri müdafiə nazirlərinin Azərbaycanda keçirilmiş iclasının yekunlarını şərh edərkən bəyan edib.

"Texnikadan çox hərbi əmlak çıxarılır",- deyə nazir qeyd edib. O vurğulayıb ki, bu, Rusiyanın ASQMM (Avropada silahlı qüvvələrin məhdudlaşdırılması haqqında müqavilə) üzrə götürdüyü cinah öhdəliklərini pozmur.

Nazir qeyd edib ki, texnikanın, o cümlədən ağır texnikanın əsas hissəsi Axalkalaki bazasından Azərbaycan vasitəsilə RF ərazisinə daşınır.

"Batumi bazasına gəlincə, onun ləğvi bir qədər gec həyata keçiriləcək və texnika, əsasən, dənizlə daşınacaq", - deyə S.İvanov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti